Amma maskaların bir zəif yeri var: həyat onları gec-tez çıxarır.

12-08-2026, 12:45           
Amma maskaların bir zəif yeri var: həyat onları gec-tez çıxarır.
Bəzən qarşındakı insana baxırsan: istedadlıdır, ağıllıdır, savadlıdır, sözlə oynamağı bacarır. İnsan psixologiyasını yaxşı bilir, kimin hansı düyməsinə basanda hansı reaksiyanı verəcəyini anlayır. Lazım gələndə fikrini elə əsaslandırır ki, bir anlıq onun haqlı olduğuna özün də inanırsan.
Amma bütün bunların içində qəribə bir boşluq hiss olunur: şəxsiyyət yoxdur.
Belə adamı ən yaxşı ifadə edən sözlərdən biri bəlkə də “kirayəlik qələm”dir. Qələm kiminsə əlindədir və hara yazacağını da onu tutan əl müəyyənləşdirir.
Ən təhlükəlisi isə belə adamların istedadlı olmasıdır. Çünki istedadsız adamın saxtalığını görmək asandır. İstedadlı adam isə öz saxtalığını estetikləşdirə, ona məntiq donu geyindirə, hətta fəlsəfi görünüş verə bilir.
Bəs şəxsiyyətin yoxluğunu necə hiss etmək olar? Təbii ki, fəlsəfə və insan psixologiyasını bilməklə.
Bu iki sahəni bilmədən saxta, şəxsiyyətsiz insanları tanımaq qeyri- mümkündür. Çünki saxta insanların ən yaxşı maskası sözdür. Bəzən gözəl cümlələr vicdansızlığı örtür, fəlsəfi fikirlər qorxaqlığı gizlədir, pafoslu sözlər isə şəxsiyyətsizliyin üstünə çəkilmiş pərdə olur. İnsan özünü sözlərlə elə ustalıqla bəzəyə bilər ki, bir müddət sonra özü də yaratdığı obrazla gerçəkliyini qarışdırar.
Amma maskaların bir zəif yeri var: həyat onları gec-tez çıxarır.
Gunel Musa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]