Xəyalınızdakı partnyoru çəkib bir il sonra portretə tam bənzəyən biri ilə qarşılaşsaydınız, buna təsadüf, yoxsa tale deyərdiniz?

17-08-2026, 10:34           
Xəyalınızdakı partnyoru çəkib bir il sonra portretə tam bənzəyən biri ilə qarşılaşsaydınız, buna təsadüf, yoxsa tale deyərdiniz?
2008-ci ildə İranlı rəssam Əhəd Sədi evlənmək arzusunda olduğu qadının portretini yaradır. Bir il sonra bir qadın onun sərgisinə gəlir və portretdəki qadına olduqca oxşadığını görür.
O dönəmlərdə anası ondan nə vaxt evlənməyi düşündüyünü soruşur. Buna görə də, anasına cavab vermək əvəzinə, ideal partnyoru kimi təsəvvür etdiyi qadını göstərən bir rəsm əsəri yaradır.
O, əsərlərini yaratmaq üçün boya istifadə etmirdi.
Əhəd rəngli kağız parçalarının kənarlarını odla müəyyən formalarda yandırıb qat-qat düzərək mürəkkəb təsvirlər yaradan Azarnegari adlı öz texnikasını inkişaf etdirmişdi.
Daha sonra, 2009-cu ildə o, portreti İranın Təbriz şəhərində keçirilən sərgidə nümayiş etdirdi.
Elə bu zaman həmkarı rəssam Parisa Karamnejad qapıdan içəri girdi .
Portretə çatanda dayandı.
Uzun, qıvrım saçlı gülümsəyən qadın olduqca tanış görünürdü.
Parisa hətta yanındakı şəxsə tərəf dönərək soruşdu:
"Bu portret mənə oxşayır?"
Oxşarlıq təstiqlənmişdi.
Əhəd də oxşarlığı hiss etdi, amma onların hekayəsi dərhal başlamadı.
Onların yolları bir müddətlik ayrıldı və təxminən 18 ay bir daha görüşmədilər.
Sonra Əhəd Parisanı Facebook-da tapdı.
Yenidən əlaqə qurdular və nəhayət şam yeməyində görüşdülər.
Bir-birini kifayət qədər tanımasalar da, Əhəd gözlənilməz bir şey etdi: evlilik təklifi.
Parisa düşünmək üçün vaxt istədi.
Ertəsi gün qız razılaşdı.
Onlar evləndilər və sonda İstanbulda birlikdə həyatlarını qurdular, hazırda hər ikisi sənət karyeralarını davam etdirir. Parisa daha sonra Əhədin əsərlərinin də sərgiləndiyi Art Parisa Qalereyasını qurdu.
Əhəd adını bilməsə də illər əvvəl xəyalında bir qadın üzü yaratmışdı.
Sonra bir gün həmin üz onun sərgisinə girdi.
Xəyalınızdakı partnyoru çəkib bir il sonra portretə tam bənzəyən biri ilə qarşılaşsaydınız, buna təsadüf, yoxsa tale deyərdiniz?
2008-ci ildə İranlı rəssam Əhəd Sədi evlənmək arzusunda olduğu qadının portretini yaradır. Bir il sonra bir qadın onun sərgisinə gəlir və portretdəki qadına olduqca oxşadığını görür.
Həqiqət İbrahimova












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]