"Babaşov icra başçısı postunda da özünü bir vergi məmuru kimi aparır." - Rəcəb Babaşov idarə üsulu

30-11-2018, 12:41           
"Babaşov icra başçısı postunda da özünü bir vergi məmuru kimi aparır." - Rəcəb Babaşov idarə üsulu
Qazax rayon İcra Hakimiyyətinin başçısı postunu tutan sabiq vergi məmuru Rəcəb Babaşov "yuxarıların" ona olan etimadını doğrultmayıb. Bu barədə DİA.AZ-a məlumat verən bilgili qaynaq iddia edir ki, artıq Babaşova bu brədə dəfələrlə xəbərdarlıq olunub.

Mənbənin bildirdiyinə görə, gəldiyi ilk günlərdən Qazaxda ciddi narazılıq yaradan Babaşovdan yalnız bir-iki nəfər razılıq edir ki, onlar da başçıdan hansısa yolla faydalananlardır. Qaynağın dia.az-a söylədikləri:

"Babaşov icra başçısı postunda da özünü bir vergi məmuru kimi aparır. Bu ilk gündən belədir. Bütün obyektlər, sahibkarlar, fermerlər bir vergi sisteminə uyğun şəkildə başçıya haqq verirlər. Bundan kim razı qala bilər ki?".

Qaynağın sözlərinə görə, Babaşov bu ilin yekunları ilə bağlı hesabat hazırlamaqda da çətinlik çəkir ki, bu da "yuxarıların" qulağına çatıb: "Nəyin hesabatını verəcək? Sahibkarları necə çökdürməyinin?".

Əlavə bilgilərimiz olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru