DÇ-2026: ABŞ millisinin Avstraliya ilə matçında nə baş verib?

Bu gün, 09:57           
DÇ-2026: ABŞ millisinin Avstraliya ilə matçında nə baş verib?
2026-cı il dünya çempionatında D qrupunda II tura start verilib.

32gun.az xəbər verir ki, mundialın ev sahiblərindən biri olan ABŞ millisi Avstraliya ilə qarşılaşıb.

Görüş bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Oyunda hesab 11-ci dəqiqədə açılıb. Börcessin avtoqolu ABŞ-ı 1:0 önə keçirib. İlk hissənin sonlarında amerikalılar hesab arasındakı fərqi artırıb. Friman başla dəqiq oynayıb.

Matçda başqa qol olmayıb: 2:0. Bu nəticədən sonra ABŞ xallarının sayını 6-ya çatdırıb. Avstraliya 3 xalda qalıb.

Qeyd edək ki, D qrupunun digər oyununda Türkiyə Paraqvayla üz-üzə gələcək.

Dünya çempionatı

D qrupu, II tur

19 iyun

23:00. ABŞ - Avstraliya 2:0

Qol: Börcess, 11 (ö.q), Friman, 45

ABŞ: Friz, Friman, Riçards, Rim, Robinson, Tillman, Adams, Dest, Pepi, Makkenni, Baloqun

Avstraliya: Biç, Bos, Börcess, Souttar, Çirkati, İtalyano, Velupillay, Okon-Enstler, O'Nil, Lekki, Ture












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru