Məşhur aktrisanın ölümü ilə bağlı ŞOK məqam üzə çıxdı

20-06-2026, 09:44           
Məşhur aktrisanın ölümü ilə bağlı ŞOK məqam üzə çıxdı
Gənc yaşda dünyasını dəyişən aktrisa Ece İrtemin ölümü ilə bağlı istintaq prosesində yeni və diqqətçəkən təfərrüatlar ortaya çıxıb. İyunun 15-də evində vəfat edən aktrisanın ölümü ilə bağlı aparılan araşdırmalar zamanı vəkili Uğur Gökkoyun rəsmi bəyanat yayaraq, məsələnin istiqamətini dəyişə biləcək bir məqama toxunub.

NOCOMMENT.az xəbər verir ki, aktrisanın cəsədi üzərində aparılan ilkin müşahidələr zamanı onun sol qolunda üç ədəd çapıq izi aşkar edilib. Aktrisanın ailə üzvləri bu izlərin səbəbini onun bir müddət əvvəl Taylanda etdiyi səfər zamanı yaşadığı insidentlə əlaqələndiriblər. Yaxınlarının bildirdiyinə görə, Ece İrtem həmin səfərdə meymun hücumuna məruz qalaraq dişlənib.

Vəkil Uğur Gökkoyun məsələ ilə bağlı mütəxəssislərlə məsləhətləşdiklərini və bu növ dişləmələrin orqanizm üçün ciddi təhlükə daşıdığını qeyd edib: "Mütəxəssislərin rəyinə görə, meymun dişləməsi bəzi hallarda infeksiyanın qana keçməsinə, sepsis kimi ağır və hətta ölümcül fəsadlara yol aça bilər".

Bu məlumatdan sonra aktrisanın vəkili prokurorluğa rəsmi müraciət edərək, məhkəmə-tibbi ekspertizası zamanı meymun dişləməsinin aktrisanın ölümünə mümkün təsirlərinin xüsusi olaraq araşdırılmasını tələb edib. Hazırda prokurorluq orqanları tərəfindən Ece İrtemin ölüm səbəbinin dəqiq müəyyən edilməsi istiqamətində təhqiqat davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]