İrəvan, Sərdar Sarayı, Azərbaycan memarlığının dağıdılmış incilərindən biri.
Bu gün, 09:04
Azərbaycan memarlığının şah əsərlərindən olan Xan Sarayı, yaxud Sərdar sarayı XVI əsrdə İrəvan sərdarı Əmirgünə Qacar tərəfindən tikdirilmiş, 1760–1770-ci illərdə İrəvan xanı Hüseynəli xan tərəfindən təkmilləşdirilmişdi. 1827-ci ildə rusların İrəvanı işğal etməsindən sonra saray ciddi dağıntılara məruz qalmış, sonralar Xan sarayında dəfələrlə aparılan bərpa işlərini Mirzə Qədim İrəvani həyata keçirmişdi. Saray 1913-cü ildə erməni millətçiləri tərəfindən qismən dağıdılmış, 1918-ci ildə isə yerlə-yeksan edilmişdir. Nəticədə babalarımızın tikdiyi Səfəvi və Qacar dövrünə məxsus olan türk saray memarlığının gözəl bir nümunəsi yer üzündən silindi. Hal-hazırda sarayın yerində şərab zavodu yerləşir. Azərbaycanlıların səhifəsi