“Nə mən, nə də İtaliya heç vaxt heç kimə heç nə üçün yalvarmırıq” – Meloni ABŞ-yə səfərini ləğv etdi

Bu gün, 09:24           
“Nə mən, nə də İtaliya heç vaxt heç kimə heç nə üçün yalvarmırıq” – Meloni ABŞ-yə səfərini ləğv etdi
İtaliya xarici işlər naziri Antonio Tayani ABŞ Prezidenti Donald Trampın İtaliyanın Baş naziri Ciorcia Meloniyə göstərdiyi hörmətsiz münasibətə görə Birləşmiş Ştatlara planlaşdırılan səfərini ləğv edib.

Tribuna.az xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb. “Prezident Trampın Baş nazir Meloni haqqında dedikləri bütün İtaliyaya qarşı təhqirdir. Bu səbəbdən ABŞ-yə iyunun 21-22-də planlaşdırılan səfərimi ləğv etmək qərarına gəldim”, – Tayani belə deyib.

Meloni özü də ABŞ Prezidentinin sözlərini kəskin tənqid edib. Donald Trampın açıqlamalarını tamamilə uydurma adlandıran Baş nazir deyib: “Düzünü desəm, ABŞ Prezidentinin öz müttəfiqləri ilə niyə bu cür davrandığını bilmirəm. Bu, ilk dəfə deyil ki, baş verir. Onun Qərbin düşmənləri, ABŞ-nin düşmənləri ilə münasibətdə o qədər də sərt davranmadığı təəssüf doğurur… Nə mən, nə də İtaliya heç vaxt heç kimə heç nə üçün yalvarmırıq”.

Qeyd edək ki, İtaliyanın “La7” telekanalına verdiyi müsahibədə Tramp Meloninin Fransada keçirilən G7 sammitində onunla foto çəkdirməyi israrla xahiş etdiyini deyib. “O, mənimlə foto çəkdirmək üçün yalvardı. Ona yazığım gəldi”, – deyə ABŞ Prezidenti bildirib.

Tramp daha sonra Avropa liderlərini enerji və immiqrasiya siyasətlərinə görə bir daha tənqid edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru