Daha bir nəfər qeyri-etik hərəkətləri ilə məşhur “həkim”in qurbanı olub – VİDEO

Bu gün, 00:12           
Daha bir nəfər qeyri-etik hərəkətləri ilə məşhur “həkim”in qurbanı olub – VİDEO
“Dr.Gülü” kimi tanınan Gülbadə Abdullayevadan yenidən şikayət var.

Tribuna.az xəbər verir ki, pasiyent Babayeva İnci Həsən qızı “Büllur” klinikasında üzgərdirmə əməliyyatından sonra problemlərlə rastlaşdığını bildirib.

Onun sözlərinə görə, Gülbadə Abdullayevanın əməliyyatından sonra üz sinirləri zədələnib, ağrıları güclənib. İ.Babayeva həkimin qəbuluna düşə bilmədiyini deyir. O, əməliyyatdan sonra üz tikişlərinin ümumiyyətlə bağlanmadığını bildirib.

Qeyd edək ki, diplomu və lisenziyası olmayan Gülbadə Abdullayeva “estetik cərrah” kimi fəaliyyətini davam etdirir. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilmişdi ki, Abdullayeva Gülbadə Əlqismət qızının adı tibb işçilərinin vahid reyestrində mövcud deyil və tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur. “Dr Gülü ” kimi tanınan G.Abdullayeva xəstələrin üzərində qeyri-etik hərəkətləri ilə də tanınır. Dəfələrlə onunla bağlı şikayətlər səsləndirilsə də, hələ ki heç bir hüquqi addım atılmayıb.

Bakıvaxtı.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru