Masazırda qanunsuz pul yığımı: İcra Hakimiyyətinin himayə etdiyi işbazlar at oynadır...

10-12-2025, 08:18           
Masazırda qanunsuz pul yığımı:
Abşeron rayonunun Masazır qəsəbəsində vətəndaşlardan qanunsuz pul yığımı davam edir. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən himayə edilən bir qrup işbaz sözün əsl mənasında əlaqədar qurumların səlahiyətlərini mənimsəyərək vətəndaşların atdığı hər bir addıma müdaxilə edir, onlardan qanun əsasında gördükləri işə görə də haqq tələb edirlər.

Nümunə üçün qeyd edək ki, qanun vətəndaşa həyətyanı sahəyə 2 metr 30 sm hündürlüyündə hasar çəkməyə icazə verir və buna görə vətəndaşın hansısa qurumdan şifahi və ya yazılı icazə almasına lüzum yoxdur. Lakin qanunun bu tələbi Masazırda işləmir. Belə ki, burada hasar çəkmək istəyən hər bir vətəndaş Sahil adlı şəxsə “görüm-baxım” etməli, onu razı salmalıdır. Yoxsa vətəndaşın tikmək istədiyi hasar sonsuza kimi tikilməmiş qalacaq.

Sahil adlı şəxsin vaxtiylə Masazır qəsəbəsinin icra nümayəndəsi vəzifəsində çalışan, daha sonra İcra Hakimiyyətinin mərkəzi aparatına gətirilən Şahlar Həsənov tərəfindən himayə edildiyi bildirilir.

Ümid edirik ki, hüquq-mühafizə orqanları Masazırdakı bu özbaşınalıqlarla bağlı hüquqi müstəvidə lazımi addımlar atacaq və vətəndaşların illərdir davam edən narazılığına son qoyulacaq.

Gələn saylarımızda:

1.Masazırda gölməçələri dolduraraq üzərində qanunsuz evlər tikən kimdir?

2.Xanım vətəndaşı aldadaraq ona 400 min manat məbləğində ziyan vuran hansı işbazdır?

3.İcra Hakimiyyətinin Zahid adlı əməkdaşının adı hansı problemlərdə hallanır?
TEREF olaraq məqalədə qaldırılan iddialarla bağlı adları çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıqı!
Lalə












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]