Sevindik Hətəmovun oğlu şəhid övladını işdən çıxardı

11-12-2025, 00:07           
Sevindik Hətəmovun oğlu şəhid övladını işdən çıxardı
“Təmiz Qaz” QSC şəhid oğlunu işdən çıxarıb.

Teleqraf xəbər verir ki, bu iddia ilə şirkətdə mühəndis vəzifəsində çalışmış Xəyyam Məmmədov Nərimanov Rayon Məhkəməsinə müraciət edib.

O, iddia ərizəsində qeyd edib ki, 2018-ci il tarixdən etibarən “Təmiz Qaz” QSC-də, çalışsa da, sonradan işdən çıxarılıb.

O, Cəbrayıl rayonunda məcburi köçkün olduğunu, Azərbaycanın yeganə şəhid hakimi Məhərrəm Məmmədovun övladı olduğunu bildirsə də, buna məhəl qoyulmayıb.

X.Məmmədov qanunvericiliyin tələblərinə zidd olaraq işdən azad edildiyini bildirib.

Buna görə də o, məhkəmədən işdən çıxarılması ilə bağlı verilən əmrin ləğvi, işə bərpa olunmağına və işə bərpa olunanadək olan müddət ərzindəki orta aylıq əmək haqqı hesablanmaqla ona kompensasiya şəkildə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

“Təmiz Qaz” QSC-nin nümayəndəsi isə bildirib ki, Xəyyam Məmmədovun işdən çıxarılması maliyyə çətinliyi səbəbindən baş vermiş ixtisarla əlaqəlidir. Şirkət rəsmisinin sözlərinə görə, Əmək Məcəlləsində şəhid ailəsi üzvlərinin, məcburi köçkün statuslu şəxslərin işdən azad edilə bilməyəcəkləri qeyd edilmir, sadəcə peşəkarlıq səviyyəsinə görə tərəddüddə qalınsa, bu zaman üstünlüyün həmin statusu olan şəxslərə verildiyi qeyd edilir.

Məhkəmə tərəfləri dinləndikdən sonra Xəyyam Məmmədovun iddiasını təmin etməyib.

Qeyd edək ki, “Təmiz Qaz” QSC-nin direktoru Xətai Hətəmovdur. O, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]