“Olympus” MTK-nın sakinləri canlarını tonqalla qızdırırlar - Video

11-12-2025, 08:14           
“Olympus” MTK-nın sakinləri canlarını tonqalla qızdırırlar - Video
Baku TV-nin “qaynar xətti”nə müraciət edən Yasamal rayonunun Mikayıl Müşfiq küçəsi, 1 ünvanında yerləşən çoxmərtəbəli binadan mənzil alan bir qrup sakin “Olympus” MTK-dan narazılıqlarını bildirib.

Şikayətçilərin sözlərinə görə, istifadəyə 3 il əvvəl verilməli olan bina hələ də tam şəkildə onlara təhvil verilməyib.

Sakinlərdən biri vəziyyəti belə təsvir edib:

“Binanın həyəti bərbad vəziyyətdədir. Qaz, işıq yoxdur”.

Başqa bir vətəndaş isə soyuqdan əziyyət çəkdiklərini deyib:

“Elə soyuq olur ki, uşaqları iki yorğanla yatırırıq”.

Sözügedən MTK-nın direktor müavini Ceyhun Bədəlov şikayətlərə belə cavab verib:

“Elektrik xətləri bu həftə ərzində düzəldiləcək. Dekabrın 15-nə kimi isə qaz veriləcək”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]