Yağışın yuyub üzə çıxardığı YEYİNTİ.... - kağız üzərində hər şey əladır... VİDEO

11-12-2025, 11:58           
 Yağışın yuyub üzə çıxardığı YEYİNTİ.... -
Salyan rayonunda yolların bərbad vəziyyətdə olması sakinlərin ciddi narazılığına səbəb olub. Yağış yağan kimi yollar keçilməz hala düşdüyündən uşaqlar məktəbə gedə bilmir, insanların gündəlik gediş-gəlişi çətinləşir.
"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə saytımıza Salyan sakinlərinin göndərdiyi videomüraciətdə qeyd olunur.
Sakinlər bildirirlər ki, əvvəlki icra başçısının dövründə vəziyyət bu qədər acınacaqlı deyildi. Onların sözlərinə görə, yağış yağmağa başlar-başlamaz yollar tamamilə yararsız hala gəlir.
“Dəfələrlə aidiyyəti üzrə müraciətlər etsək də, cavab verən yoxdur. İşə gedib-gələ bilmirik, hava yağışlı olanda məcbur evdə otururuq. Evdə oturanda da ailəmizi kim dolandıracaq?” – deyə sakinlər şikayət edirlər.
Sakinlər aidiyyəti qurumlardan məsələni nəzarətə götürüb problemin həlli üçün tədbir görülməsini xahiş edirlər.
Qeyd edək ki, Salyan şəhər İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovdur. O, bu vəzifəyə 2024-cü ildə təyin olunub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]