Təhsil adı altında qurulmuş paralel mədəni dəyərlər şəbəkəsindən biri. “Christian Brothers” və ya “Brothers of the Christian Schools”

12-12-2025, 09:34           
Təhsil adı altında qurulmuş paralel mədəni dəyərlər şəbəkəsindən biri. “Christian Brothers” və ya “Brothers of the Christian Schools”
Lasallian təhsil sistemi 1680-ci ildə fransız maarifçisi Jean-Baptiste de La Salle tərəfindən yaradılıb. O dövrdə məqsəd kasıb uşaqların maarifləndirilməsi olsa da, bu institut zaman keçdikcə dünyada Fransanın və Katolik mədəniyyətinin ən geniş yayılmış təhsil platformalarından birinə çevrildi.
Bu məktəblər öz missiyalarını “əxlaqlı insan yetişdirmək” kimi təqdim etsələr də, praktikada Qərb-Katolik dəyərlərinə əsaslanan paralel mədəni şəbəkə formalaşdırır. Bu, birbaşa siyasi fəaliyyət deyil, amma çox güclü ideoloji və mədəni təsirdir. Yəni din dəyişdirmir, amma dünya görüşü, kimlik və dəyərlər sistemi formalaşdırır.
Bu gün Lasallian şəbəkəsi 80-dən çox ölkədə fəaliyyət göstərir. 1,1 milyon şagirdi var. 1,100-dən çox məktəb, kollec və universiteti idarə edir
Bir çox ölkədə bu məktəblər elit təbəqəni formalaşdıran, qərb mədəni kodlarını cəmiyyətə ötürən paralel sosial quruluş kimi tanınır.
Qardaş Türkiyədə Lasallian məktəbləri var. Lasallian ənənəsi Türkiyəyə təxminən 140 il əvvəl daxil olub və bu gün də fəaliyyət göstərir.
Hazırda Türkiyədə 5–7 min arası şagird bu şəbəkədə təhsil alır. Tarixi boyunca 100 minə yaxın məzun yetişdirib. Bu məzunlar ölkənin mədəniyyət, sənaye və diplomatiyasında mühüm mövqelər tutub
Bu sistemin vizyonu “dəyərlərə sahib insan yetişdirmək” kimi təqdim olunur, amma bu dəyərlər universal deyil. Məncə Fransa mədəniyyətinə, katolik düşüncəsinə və Qərb humanizminə söykənir.
Yəni Lasallian məktəbləri sıradan təhsil müəssisəsi deyil.
Bu, yüzillər boyu formalaşmış, dünyaya yayılan və mədəni təsir gücü olan paralel dəyərlər şəbəkəsidir.
Təhsil keyfiyyətlidir, amma kimlik formalaşdıran və Qərb ideoloji kodlarını ötürən bir sistemdir. Buna görə də bir çox ölkədə daima nəzarət altında və ictimai debatın mövzusu olaraq qalır.
Türk dünyasının bu gün ən böyük ehtiyacı təhsildə vahid dəyər sistemi və ortaq kimlik formalaşdırmaqdır. Qərb və digər güclərin mədəni şəbəkələri yüz illərdir öz dəyərlərini məktəblər vasitəsilə yaydığı halda, bizim hələ də ortaq “türk qardaşlığı məktəbi”miz yoxdur. Halbuki türklərin öz mədəni kodlarına, tarixinə, insan modelinə və dünyagörüşünə əsaslanan bir təhsil sistemi qurmaq həm strateji, həm də milli zərurətdir. Bu gün quracağımız belə məktəblər gələcəkdə türk dünyasının birlik ruhunu, elitasını və düşüncə cığırını formalaşdıra bilər.
Tural Abasquliyev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]