“Körpü Bina Tikinti” MMC Dərnəgüldə bu ağacları məhv etdi-Video

12-12-2025, 11:14           
“Körpü Bina Tikinti” MMC Dərnəgüldə bu ağacları məhv etdi-Video
Binəqədi rayonu Dərnəgül qəsəbəsində ağacların “Körpü Bina Tikinti” MMC tərəfindən kütləvi şəkildə kəsildiyi bildirilir.

Müraciət edən sakinlərin sözlərinə görə, şirkət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmadan ərazidə çoxsaylı ağacları kəsərək təbiətə ciddi ziyan vurub.

Şikayətçilər deyir ki, “KBT” MMC dekabrın 1-dən etibarən ərazidə ağacların kəsilməsinə başlayıb və narazılıqlara baxmayaraq proses dayandırılmayıb: “Dəfələrlə mane olmağa çalışsaq da, nəticə əldə edə bilməmişik”.

Vətəndaşlar şirkətin rəhbəri Xəlil Göyüşova müraciət edərək təbiətə dəyən ziyanın qarşısının alınmasını tələb ediblər.

İddialara cavab almaq üçün şirkətlə əlaqə saxlamağa cəhd etdik. “KBT” MMC-nin nə rəsmi saytlarında, nə də sosial şəbəkə hesablarındakı nömrələrinə cavab verən olmadı.

Qeyd edək ki, “Körpü Bina Tikinti” MMC ilə bağlı mediada ayrı-ayrı vaxtlarda müxtəlif şikayətlər yayımlanıb.Qafqazinfo














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]