Nəsimi rayonunda qarajı obeyktə çevirməyə hansı məmur icazə verib? -Videofakt

14-12-2025, 00:02           
Nəsimi rayonunda qarajı obeyktə çevirməyə hansı məmur icazə verib? -Videofakt
Nəsimi rayonunda qanunsuz tikinti işləri aparılır.

XALQ-a daxil olan məlumata görə Nəsimi rayonu həyətdə qaraj sökülərək qanunsuz obyekt açılıb. Məlumatda qeyd olunur ki, binanın həyətində qaraj kimi qeydiyyatı olan tikili sonradan obyektə çevrilmək məqsədilə qanunsuz şəkildə yenidən qurulub.

Qeyd edək ki, yaşayış binaların həyətində olan tikillər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasında təsdiqlənmiş normativ aktlaral tənzimlənir. İnşa ediləcək ictimai obyektlər, mütləq şəkildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının rəsmi icazəsi ilə təsdiqlənməlidir. Bu, mülkiyyət hüquqlarının qorunması, şəhərsalma qaydalarına riayət olunması və tikintinin layihəyə uyğun aparılması üçün zəruridir.

Bu tikinti ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında hər hansı bir məlumata rast gəlmədik.

Göründüyü kimi Nəsimi binanın həyətində görülən işlər barədə Dövlət Şəhərsalma və Arxektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmayıb.

Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaqda bu tikinti ilə bağlı münasibət bildirilmədi. Həmçinin Dövlət Şəhərsalma və Arxektura Komitəsidə belə tikintidən məlumatsız olduqlarını bildirdilər.

Qurumların fikirlərini dərc etməy hazırıq


Həmin görüntüləri tqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]