Nazir Sahil Babayev vətəndaşların müraciətlərini niyə dinləmədi? -Video

14-12-2025, 00:04           
Nazir Sahil Babayev vətəndaşların müraciətlərini niyə dinləmədi? -Video
Ölkədə məmurların vətəndaşlardan qaçması ilk dəfə deyil. Müxtəlif vaxtlarda problemi olan, müraciət etmək istəyən vətəndaşlar məmurlarla görüşə bilməməsi adi hala çevrilib. Doğrudur məmurların qəbul qrafiki olsada bu görüşə yalnız seçilən insanlar buraxılırlar. Bu da bir növ gözdən pərdə asmaq üçün edilir., fotolar çəkdirib vəzifəsini icra etmiş hesab olunur.

Lakin ölkədə elə nazirlər də var ki, əl çatandır. Müxtəlif vaxtlarda vətəndaşlarla görüş keçirir, daima bölgələrdə müxtəlif rayonlardan gəlmiş insanlarla görüşüb müraciətləri həll olunur. Həmçinin ölkə başçısı belə regionlara səfəri zamanı mütəmadi vətəndaşlarla görüşlər keçirərək onların qayğıları ilə maraqlanır. Bütün bunlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanır.

Elə məmurlarda var ki, vətəndaşların müraciətləri belə onlar üçün əhəməyitsizdir.

Maliyyə Naziri Sahil Babayev vətəndaşlar üçün əlcatmaz məmur hesab olunur. Hələ Əmək və Əhalinin Sosial Müdafisəi naziri işlədiyi dövrdədə bu kimi hallar baş verirdi. Yüzlərlə problemi olan vətəndaşlar nazirliyin qarşısında getsələrdə onları sadəcə adi şöbə müdir müavinləri qəbul edirdilər. Görüntülərdədn də aydın olur ki, vətəndaş nazirə məktub vermək istəsədə o köməkçisini göstərir. Amma köməkçisi Maliyyə naziri ilə birgə vətəndaşa heç bir əhəmiyyət verməyərək dövlət tərəfindən verilmiş lüks avtomobilinə əyləşərək heçnə olmamış kimi çıxıb gedir.

Doğrudur küçədə nazir statusunda olan şəxsə müraciət etik qayadalara uymur, lakin vətəndaşın başqa görə biləcəyi bu nazirə harada müraciətini, məktubunu versin bu sual isə açıq olaraq qalır.

Görüntülər dünən Fəxri Xiyabanda jurnalist Rəşad Vəkiloğlu tərəfindən sosial paltformasında paylaşılıb.

Həmin görüntüləri təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]