Ekologiya Nazirliyində "RÜŞVƏT OVU" - "Müfəttiş gedib oradan rüşvət alıb keçəcək” (VİDEO)

22-12-2025, 16:02           
Ekologiya Nazirliyində "RÜŞVƏT OVU" - "Müfəttiş gedib oradan rüşvət alıb keçəcək” (VİDEO)
Ov mövsümünün bağlı olduğu dövrlərdə qanunvericiliyə əsasən çöl quşlarının ovlanması qadağan edilsə də, bəzi kafe və restoranlarda bu növ ətlərin açıq şəkildə təklif olunması ictimai narazılığa səbəb olur.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, Azərbaycanda uzun illər ov mövsümü faktiki olaraq tənzimlənməyib və qeyri-rəsmi ovçuluq geniş yayılıb. O, bu vəziyyətin istər çöl quşlarına, istərsə də digər heyvan növlərinə ciddi ziyan vurduğunu qeyd edib:

“Son illərdə hökumətin ov mövsümünü müəyyən çərçivəyə salması və icazəli ov ərazilərinin yaradılması çox müsbət addımdır”.

Ekoloq vurğulayıb ki, görülən tədbirlərə baxmayaraq, restoranlarda hələ də çöl quşlarının ətinin satılması problemin aktuallığını qoruduğunu göstərir:

“İstənilən vaxt müxtəlif restoranlara gedib çöl quşlarının ətini sifariş etmək mümkündür. Bu isə ov qadağalarının praktikada pozulduğunu sübut edir. Problemin kökündə yalnız nəzarət çatışmazlığı deyil, həm də mədəniyyət faktoru dayanır. Ənənəvi ovçuluqda yumurtlama və balalama dövründə ova son qoyulub və bu qaydalara ciddi əməl edilib. Hazırda isə qeyri-rəsmi ovçuluq korrupsiyaya şərait yaradır, şikayət mexanizmləri isə effektiv nəticə vermir. Harasa şikayət etməyin bir mənası yoxdur. Siz şikayət edəcəksiniz, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi gedib oradan rüşvət alıb keçəcək”.

Sonda Qorxmaz İbrahimli problemin həlli üçün dövlət səviyyəsində sərt qanunların qəbul edilməsinin, cəzaların ağırlaşdırılmasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzarət funksiyalarını real şəkildə icra etməsinin vacibliyini qeyd edib.

Ətraflı videomaterialda:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]