Səməd Seyidovun qalmaqallı kürəkəni "Umico“ rəhbərliyindən çıxarıldı: YENİ TƏYİNAT+ŞOK SƏBƏB

14-01-2026, 11:34           
Səməd Seyidovun qalmaqallı kürəkəni "Umico“ rəhbərliyindən çıxarıldı: YENİ TƏYİNAT+ŞOK SƏBƏB
"PASHA Holding” MMC-nin tərkibində fəaliyyət göstərən onlayn ticarət platforması "Birmarket”ə (əvvəlki adı Umico) yeni direktor təyin edilib.
7NEWS.az xəbər verir ki, "PashaPay” MMC-nin sabiq sədri Samir Məmmədov Sabir oğlu, "Competo” MMC-nin, yəni "Birmarket”in direktoru təyin edilib.
Samir Məmmədov bu vəzifədə Rauf Qulaməliyev İlham oğlunu əvəz edib. Qeyd edək ki, "Competo” MMC 2018-ci ildə təsis edilib və hazırda şirkətin 178.38 milyon manat nizamnamə kapitalı mövcuddur. "Birmarket” platforması istifadəçilərə müxtəlif kateqoriyalar üzrə məhsulların onlayn sifarişi, çatdırılması və loyallıq proqramları vasitəsilə alış-veriş imkanı təqdim edir.

Redaksiyamıza daxil olan digər məlumata görə Rauf Qulaməliyev "Umico" rəhbərliyindən uzaqlaşdırılması ilə bağlı iddialar üzə çıxıb. İddiaya görə onun öz işçisi ilə, iş otağında, qeyri-etik hərəkətləri ifşa edilib. Hadisə ilə bağlı şirkətə rəsmi sorğu göndərmişik. Cavab alınandan sonra yazını oxucularımıza təqdim edəcəyik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]