Bakı sakini Baku City MTK rəhbəri tərəfindən aldadıldığını iddia edir VİDEO

16-01-2026, 08:52           
Bakı sakini Baku City MTK rəhbəri tərəfindən aldadıldığını iddia edir  VİDEO
Paytaxt sakini Səadət Kərimova yaşadığı binanın yerində yeni, çoxmərtəbəli bina tikən MTK-nın onu beş ildir ki, süründürdüyünü və haqqı olan evləri verməkdən imtina etdiyini iddia edir. Dediyinə görə, o, həm iaşə obyektlərindən, həm də evindən olub.

XALQ-ın məlumatına görə, Səadət Kərimova deyir ki, onun ərazidən çıxartmaq üçün əllərindən gələni edirlər.

Şikayətçinin sözlərinə görə, ona vəd olunan 621 kv/metr əvəzinə 484 kv/metr olmaqla, üç ev veriləcəyi vəd edilsə də, 57 kv/metr də buradan kəsilib. O da tam təhvil verilməyib, evlərin açarı isə dəyişdirilib.

Məsələ ilə bağlı sözügedən “Baku City” şirkəti ilə əlaqə yaratmağa çalışdıq. Bildirdilər ki, hazırda iş məhkəmədədir, iddiaları cavablandırmaq üçün məhkəmədən çıxacaq qərarı gözləmək lazımdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]