Gözdən əlilin pensiyasını Xətai icra şöbəsi saxtalıqla yeyir FOTO

Bu gün, 12:24           
Gözdən əlilin pensiyasını Xətai icra şöbəsi saxtalıqla yeyir FOTO
Bazar günü qətnamə tərtib edən icra məmuru ağır cinayətlərə necə hakimlik edir?

Bu günlərdə bir çox informasiya saytlarında baş redaktor (Habil Tağıyev) barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin qanunsuz hökm çıxardığı barədə bilgi yayılıb. Bu hakimin icra məmuru olanda çıxardığı hoqqalardn, saxta icra sənədi, məhkəmə qətnamələri tərtib etməsindən, insanların, əlillərin toxunulmaz əmlaklarını ağır cinayət yolu ilə ələ keçirməsindən faktlar yetərincədir. Dövlətə qarşı ən ağır cinayətdə- məhkəmənin səlahiyyətlərini mənimsəməkdə adı hallanan şəxs necə AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİNƏ HAKİM edilib? Məhkəmə hüquq sistemi ona görə qeyri-prosessual bazarlıq meydanına, “əyri bitən xiyarlar bostanı”na çevrilib da bə!
2012-ci ildə Xətai icra şöbəsinin məmuru olduğunu deyən Kamil Əliyev vətəndaş Zahid Bədəlova zəng edərək məhkəmə qərarı ilə 3 min manatlıq borcu olduğunu, görüşüb məbləği azalda biləcəyini deyib. Özü haqqında məhkəmə qərarının olmadığına əmin olan gözdən əlil sövdələşmədən imtina edib və Prezident Administrasiyasının vasitəsilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmədən Xətai məhkəməsinə göndərilən sorğuya cavab olaraq məhkəmə sədrinin köməkçisi Vaqif Xələfbəyli 07.12.2012-ci ildə bildirib: “..BƏDƏLOV ZAHİD XANMALI OĞLU CAVABDEH OLMAQLA ONA QARŞI HƏR HANSI BİR MÜLKİ İDDİA ƏRİZƏSİ 2012-Cİ İLDƏ XƏTAİ RAYON MƏHKƏMƏSİNƏ DAXİL OLMAMIŞDIR”
Xətai məhkəməsinin “alibi”sini ali dövlət hakimiyyəti, hüquq orqanlarına təqdim edərək özbaşınalıqla avtomobilinə qoyulan həbsin götürülməsini, icra məmurunun şantajına son qoyulmasını tələb edən 1-ci dərəcəli gözdən əlilə qarşı ƏN-in icra baş idarəsinin, icra şöbələrinin özbaşınalığı daha da şiddətlənib. “Borclu” icra məmuru Kamil Əliyevin polisə göstərişilə Xətai icra şöbəsinə zorla aparılıb, orada qanunsuz həbsdə saxlanıb, 1000 manat tələb edilib, yalnız 161-ə (Baş prokurorluğa) zəng edəndən sonra buraxılıb və 500 manat cərimə hesablanıb. (?) Özbaşınalığa baxın, “borclu”nun həm əmlakına həbs qoyulur, həm özünə, həm də 500 m-t cərimə olunur. Özü də heç bir məhkəmə qərarı olmadan!(?) Heç demə, MƏHKƏMƏYƏ 2012-Cİ İLDƏ HEÇ BİR İDDİA ƏRİZƏSİ DAXİL OLMASA da, 08.04.2012-Cİ İL TARİXLİ MƏHKƏMƏ QƏTNAMƏSİ mövcud imiş! Bunu PA-dan (dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev) , Ombudsmandan Ədliyyə Nazirliyinə (nazir Fikrət Məmmədov) göndərilən şikayətlərə cavab olaraq İcra baş idarəsinin rəhbərliyi (rəis Xanlar Zeynalov, müavini Fərid Əfəndiyev) 2014-cü ildə Xətai icra şöbəsinə istinadla “müəyyən edib” ki, Xətai rayon məhkəməsinin 08.04.2012-ci il tarixli QƏTNAMƏSİNƏ ƏSASƏN 3096 MANATLIQ BORC ÖDƏNİLMƏLİDİR.

Bu necə ola bilər AXI? 1-ci “axı” odur ki, Xətai məhkəməsi 2012-ci ildə “BORCLU”YA qarşı məhkəməyə ümumiyyətlə MÜLKİ iddia daxil olmadığını bildirib; 2-ci “axı”ya gəldikdə, 08.04.2012-Cİ İL BAZAR GÜNÜ olub və BAZAR GÜNÜ mülki iş üzrə akt (QƏTNAMƏ) çıxarıla bilməz!

Dövləti cinayət, məhkəmənin adından saxta qətnamə tərtib edilməsi bir yana, hələ üstəlik saxta qətnamənin icraya yönəldilməsi, 14 ildir bu cinayətin sürməsi, hətta ağır cinayət törədən icra məmurunu ağır cinayətlərə hakim edilməsi ciddi suallar doğurur. Belə ədalət, belə hüquq, belə məhkəmə, Konstitusiya təminatı ilə hansı hüquq üstünlüyündən, qanun aliliyindən danışmaq olar? Onu da özəl vurğulayaq ki, ədliyyə naziri Fikrət Məmmədova cinayətkar saxtalıqla bağlı 28.02.2014-cü ildə müraciət edən PA-nın dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev hazırda ədliyyə nazirinin müavini, Fikrət Məmmədov isə Konstitusiya Məhkəməsinin hakimidir.

“İcra haqqında” qanunun 68.1.3-cü maddəsinə görə, tələb borclunun orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, yəni 1-ci dərəcəli əlilərə ödənilən vəsaitlərə YÖNƏLDİLƏ BİLMƏZ. Bəs Xətai icra şöbəsi olmayan saxta QƏTNAMƏ əsasında BORC TƏLƏBİNİ (?) necə 1-ci dərəcəli gözdən əlilin pensiyasına yönəldib? Və ABB hansı əsasla DSMF-in razılığı olmadan, məhkəmənin qərarı olmadan (borcun daşınar-daşınmaz əmlaka yönəldilməsi YALNIZ məhkəmə qərarı ilə həyata keçirilir) GÖZDƏN ƏLİLİN pensiyasından məbləğ tutur? Bankın belə özbaşınalıq hüququ yoxdur axı!

1-ci dərəcəli gözdən əlilin pensiyasını hələ də saxtalıqla ƏN-in icra şöbələri yeyir. Hələ də gözləri gözdən əlilin pensiyasından doymur. Niyə də doysun, doymazlıq AĞIR CİNAYƏTLƏRƏ HAKİMLİKLƏ də sonuclanır axı!
//gundemxeber.com/



















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]