Hökməlidə kanalizasiya problemi həll olunmur…. VİDEO

9-03-2026, 10:31           
Hökməlidə kanalizasiya problemi həll olunmur…. VİDEO
Qırmızı rəngə boyanmış kanalizasiya suyu evlərin həyətlərinə axır… Hətta, bəzi yerlərdə evlərin zirzəmilərində yarım metrə qadər çirkab su var…

XALQ xəbər verir ki, görüntülər Abşeron rayonunun Hökməli qəsəbəsinin Babək küçəsindəndir.

Sakinlərin iddiasına görə, suya qanın qarışması ət kəsimi məntəqəsindəndir. Kanalizasiya sistemi normal olmadığına görə, ərazidəki xətlər dolaraq daşıb və nəticədə çirkab suları heyvan kəsimindən yaranan qanla qarışaraq evlərin zirzəmilərinə və həyətlərinə dolub.

Məsələ ilə bağlı Abşeron Rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Ramil İbadov “Xəzər Xəbər”ə bildirib ki, ərazidə mövcud kanalizasiya xətləri vaxtilə kustar üsullarla çəkilib və artıq istismar müddətini başa vurub. Kənd ərazisində fəaliyyət göstərən üç ədəd heyvan kəsim məntəqəsi də problemin yaranmasına səbəb olan əsas amillərdəndir. Belə ki, həmin məntəqələrdə kəsilən heyvanların qanı və digər tullantıları birbaşa kanalizasiya sisteminə axıdılır. Nəticədə kanalizasiya xətlərində tutulmalar yaranır və çirkab suların daşması kimi hallara gətirib çıxarır. Sözügedən ərazidə kanalizasiya sisteminə xidmət növbəli şəkildə həyata keçirilir və Babək küçəsində yaranmış problem də qısa müddət ərzində aradan qaldırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru