“Arash” estetik mərkəzinin həkimi Sənan Xankişiyevdən şikayət:- 13 min manat pul ödənsədə dişlərimi çıxarıb məhv ediblər.. VİDEO

9-03-2026, 11:38           
“Arash” estetik mərkəzinin həkimi Sənan Xankişiyevdən şikayət:-
Stomatoloqa gedən vətəndaş sağlam dişlərini itirdi? –

Şikayətçi Mustafayeva Sevil iddia edir ki, sadə diş problemi ilə stomatoloqa müraciət etsə də, nəticədə, sağlam dişləri və çənə siniri zədələnib.

Onun sözlərinə görə, həkim düzgün diaqnoz qoymayıb və aparılan müdaxilə ciddi fəsadlara səbəb olub. Zərərçəkən bildirir ki, hadisə Bakı şəhərində yerləşən “Arash Estetic” klinikasında baş verib və müalicəni həkim Sənan Xankişiyev həyata keçirib.

Vətəndaşın sözlərinə görə, qoyulan implantlar çənə sinirinə zərər verib. “Qoyduğu implantlar sinirimi zədələyib. Məhkəmə-tibbi ekspertizası qərəzli rəy verir. Sənan Xankişiyev mənə saxtalaşdırılmış diaqnozlu, köhnə tarixli sənəd təqdim edərək özünü müdafiə etməyə çalışır. Halbuki əlimdə klinikaya müraciət etdiyim tarix var. Mənə guya çənə çürüməsi diaqnozu qoyulub. Amma digər həkimlər köhnə disklərimi görmədən belə həmin problemlərin məndə olmadığını təsdiqləyirlər. Hazırda sinirlərimi hiss etmirəm, çeynəmə prosesim demək olar ki, yoxdur. Sağlam dişlərimi çıxarıb məhv ediblər. Bu prosesə təxminən 13 min manat xərcləmişəm, onun yarısını kart vasitəsilə ödəmişəm. Sənan Xankişiyev isə ümumiyyətlə gördüyü işlə bağlı maraqlanmır, mənim nə vəziyyətdə olduğumu soruşmur və heç bir bərpa tədbiri görmür”, – deyə şikayətçi bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru