"Kristal” və “Landau Education Group” bizi dolayr? - Onlar qazanacaq biz sevinəcəyik? q

28-03-2026, 11:28           
"Kristal” və “Landau Education Group” bizi dolayr? - Onlar qazanacaq biz sevinəcəyik?
Gözəlim və "Kristal" şirkətinin reklam alətinə çevirilmiş ölkənin mediası bəh-bəhlə xəbər yayır ki, "Kristal” və “Landau Education Group” arasında yeni əməkdaşlıq razılaşması əldə olunub.
Xəbəri oxuyub görürsən ki, iki yekə şirkət aralarında razılıblar və bir birinə pul qazandıracaqlar - "Kristal”ın müxtəlif yaşayış komplekslərində yeni məktəb korpusları istifadəyə veriləcək.
Yəni həm "Kristal" qazanacaq, həm də “Landau Education Group”...
Amma bunu elə təqim edirlər ki, guya bunlar Azərbaycanda müasir təhsil infrastrukturunun inkişafına və beynəlxalq standartlara uyğun təhsil mühitinin formalaşmasına mühüm töhfə verməyi hədəfləyirlər.
Hamımız yaxşı bilirik ki, “Landau Education Group”a aid məktəblərdə, bağçalarda oxumaq neçiyə başa gəlir. “Landau"da oxumaq üçün qiymətlər illik 10-15 min manat arasındadır. Bu da ancaq imkanlı, məmur ailələrinin övladları üçündür.
Yəni, ölkə üzrə əksər kasıb ailələrin uşaqları üçün bu məktəblər əlçatmazdır və ümumiyyətlə, uzaq olan məsələdir. Kasıb uşaqlar belə məktəblərin qapısından keçə bilməz. Kasıbın balası ya odun peçi ilə qızıdırlan, ya da direktoru 8 Mart hədiyyəsi gözləyən məktəblərdir.
Buna görə də, “Landau Education Group” və “Kristal” arasında bağlanmış hər hansı bir müqavilə ölkə təhsilinin inkişafına, illah da ölkə təhsilinin beynəlxalq standartlara uyğun təhsil mühitinin formalaşmasınareal töhfə kimi qiymətləndirilə bilməz.
Hə, əgər “Landau Education Group” və “Kristal” birləşib ucqar dağ rayonlarında müasir bir məktəb tiksəydilər, orda kasıb balalarına da hansısa şərait yaradılsaydı, “Kristal” öz hesabına 10 məktəbi təmir edib mütəmadi olaraq ölkə təhsilinin inkişafına töhfə versəydi bu başqa məsələdir. Etmirlər və ümumiyyətlə, onlar üçün belə şeylər maraq dairəsidə deyil.
Amma təəssüf ki, ölkə mətbuatı bu iki şirkətin əsasən də "Kristal"ın əlində əsirə, futbol topuna dönüb. "Reklam" adı altında istədiklərini yazdırırlar, əməllərinə fərqli don geyindirə bilirlər.
Ədil Hüseynli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru