Neftçalada torpaq maxinasiyası: Əkilməyən sahələrə subsidiyalar "ayrılıb"

2-04-2026, 00:06           
Neftçalada torpaq maxinasiyası:
Neftçalada 1160 hektar pay torpağından yalnız 160 hektar ərazinin təyinatı üzrə istifadə edildiyi məlum olub.

TEREF Qaynarinfo-ya istunadən bildfirir ki, rayon sakinlərinin Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisi Nuruş Həsənli barəsində şikayətlərindən sonra Kənd Təsərrüfatı Nazirliyi (KTN) araşdırma aparıb.

Araşdırmalar nəticəsində aydın olub ki, pay torpaqları əkilmir. Əvəzində əkilməyən torpaqlara subsidiyalar "verilib". Bundan başqa, örüş üçün nəzərdə tutulan torpaqlar KTN-ə əkin torpaqları kimi təqdim edilib.

Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinə yeni direktor təyin edilib. Kənd Təsərrüfatı nazirinin müvafiq əmri ilə Miradil Əhmədli Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsinə təyin olunub. Bu vəzifəyə qədər Miradil Əhmədli Sabirabad

Xatırladaq ki, bundan əvvəl Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisi Nuruş Həsənliyə töhmət verilməsi barədə məlumat dərc etmişdik. Sakinlər araşdırmalar nəticəsində ortaya kifayət qədər ciddi qanun pozuntularının çıxmasına baxmayaraq, KTN ona yalnız töhmət verməklə kifayətlənib.

Qeyd edək ki, Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Miradil Əhmədlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru