Xətai rayonunda qanunsuz tikinti: kim himayə edir bu özbaşınalığı?-FOTOLAR

Bu gün, 08:24           
Xətai rayonunda qanunsuz tikinti: kim himayə edir bu özbaşınalığı?-FOTOLAR
Paytaxtın Xətai rayonu ərazisində – Köhnə Günəşli qəsəbəsi, Mehmandarov küçəsində baş verənlər artıq adi qanun pozuntusu yox, açıq-aşkar sistemli özbaşınalıq təsiri bağışlayır.İddialara görə, ərazidə dəmir konstruksiyalardan ibarət qanunsuz tikinti işləri sürətlə davam edir və heç bir rəsmi icazə sənədi olmadan həyata keçirilir. Ən narahatedici məqam isə budur ki, bu tikintinin arxasında rayon rəhbərliyi ilə əlaqəli şəxslər arasında mümkün “razılaşma”nın olduğu iddia edilir. Xüsusilə, Rafiq Quliyev adı hallandırılır. Bu isə məsələnin təkcə tikinti qaydalarının pozulması deyil, eyni zamanda korrupsiya şübhələri ilə müşayiət olunduğunu göstərir. Mediatvaz.com xəbər verir ki,şəhərsalma normaları kobud şəkildə tapdalanır, təhlükəsizlik qaydaları gözardı edilir. Bu cür nəzarətsiz tikililər sabah faciəyə çevrilərsə, məsuliyyəti kim daşıyacaq? Maraqlıdır ki, bu qədər açıq qanunsuzluğa baxmayaraq, aidiyyəti qurumlar – Fövqəladə Hallar Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi susqunluq nümayiş etdirir. Bu sükut isə cəmiyyətdə haqlı suallar doğurur: görəsən, kimlər bu qanunsuzluğun üstünü örtür? Daha bir ciddi fakt isə işçilərlə bağlıdır. Məlumatlara görə, tikintidə çalışan fəhlələrlə heç bir əmək müqaviləsi bağlanmayıb. Bu isə əmək hüquqlarının kobud şəkildə pozulması deməkdir. Sabah hansısa qəza baş verərsə, bu insanların taleyi necə olacaq? Görünən odur ki, Mehmandarov küçəsində baş verənlər nəzarətsizliyin yox, məqsədli göz yummanın nəticəsidir. Əgər dövlət qurumları dərhal müdaxilə etməsə, bu özbaşınalıq sabah daha böyük fəsadlara – insan həyatı üçün təhlükəyə, şəhərsalma xaosuna və açıq hüquqsuzluğun “norma”ya çevrilməsinə gətirib çıxaracaq.Cəmiyyət cavab gözləyir. Susmaq isə artıq cinayətə şərik olmaqdır.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Mediatvaz.com
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]