Qəbələnin Statistika İdarəsi vergi uçotuna alınmayan fiziki şəxslərlə statistik müayinə aparır – Qanun buna yol verirmi?
Bu gün, 16:02

Qəbələ rayon Statistika İdarəsi ev təsərrüfatlarında daxili turizmə dair rüblük seçmə statistik müayinə üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə, yəni dövlət satınalmalarının vahid internet portalında keçirilmədən fiziki şəxs Alahverdiyeva Sevinc Elşən qızı ilə 20.498 manat dəyərində satınalma müqaviləsi bağlayıb.
Ev təsərrüfatlarında işçi qüvvəsinə dair rüblük seçmə statistik müayinə üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə fiziki şəxs Əhmədova Gülnar Sadiq qızı qızı ilə 1.952,2 manat dəyərində satınalma müqaviləsi bağlayıb.
Ev təsərrüfatlarında işçi qüvvəsinə dair rüblük seçmə statistik müayinə üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə fiziki şəxs Mikayılov Mahir Ramiz oğlu ilə 1.952,2 manat dəyərində satınalma müqaviləsi bağlayıb.
Məlumatlar satınalmaların portalında 19.03.2026-cı ildə dərc edilib.
Göründüyü kimi Qəbələ rayon Statistika İdarəsi satınalmaların portalında müqavilə bağladığı fiziki şəxslərin VÖEN-nin olmadığını göstərir. Bu isə sözügedən fiziki şəxslərin vergidən yayınmasına şərait yaradır.
Bununla da Qəbələ rayon Statistika İdarəsi yuxarıda adları çəkilən fiziki şəxslərlə bir mənbədən satınalma metodu ilə müqavilə bağlayarkən “Dövlət Satınalmaları Haqqında” Qanununun aşağıdakı tələblərini pozmuşdur.
23.6.1. bu Qanunun 23.3.1-ci maddəsində qeyd olunan tələb üzrə – təchizatçı fiziki şəxs olduqda vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamənin, hüquqi şəxs olduqda isə dövlət qeydiyyatı haqqında şəhadətnamənin, hüquqi şəxsin nizamnaməsinin və dövlət reyestrindən çıxarışın surəti;
23.6.6. bu Qanunun 23.4.2-ci (satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması) maddəsində qeyd olunan tələb üzrə – son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı son 12 (on iki) aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar) tərəfindən verilmiş arayış (cari ildə fəaliyyətə başlama halında, maliyyə vəziyyəti barədə hesabatı və bank dövriyyəsi barədə bank tərəfindən verilmiş arayış bütün fəaliyyəti dövrünü əhatə etməklə).
Göründüyü kimi Qəbələ rayon Statistika İdarəsi sahibkarlıq fəliyyəti olmayan, fiziki şəxs kimi vergi uçotuna alınmasını təsdiq edən şəhadətnaməi (VÖEN-in) olmayan fiziki şəxslərlə müqavilə bağlayarkən qanun pozuntularına yol verilib. Belə ki, VÖEN-i olmayan fiziki şəxslərlə birbaşa, bir mənbədən satınalma metodu ilə müqavilələr bağlanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi isə nəzarət orqanı olaraq bir mənbədən satınalma metoduna razılıq verdikdə yuxarıda göstərilən pozuntulara yol verməklə, Qanunun tələblərini görməzdən gəlmişdir.
Qeye dək ki, Qəbələ rayon Statistika İdarəsinin rəisi Ayaz İsgəndərovdu. Dövlət Statistika Komitəsinin sədri isə Azər İsmayıl oğlu Mursaqulovdu. O, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2026-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilib. Maraqlıdır, Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov Qəbələ rayon Statistika İdarəsinin rəisi Ayaz İsgəndərovun dövlət satınalmalarında yol verdiyi qanunsuzluqlardan xəbərdarmıdı?
Aktualinfo.net

