Abdin Fərzəliyevin daha bir milyonluq mansardı - Binanı Nurlan Həsənovun qardaşı tikir?

3-04-2026, 10:24           
Abdin Fərzəliyevin daha bir milyonluq mansardı - Binanı Nurlan Həsənovun qardaşı tikir?
Abşeron rayon Xırdalan şəhərində yeni tikilmiş yaşayış binası qanunsuz olaraq bir mərtəbə artırılıb.

Bizimesr.az xəbər verir ki, Xırdalan şəhər Heydər Əliyev 89 ünvanında inşa edilən beş mərtəbəli binada əlavə olaraq altıncı mərtəbə mansard tikilib.

Bildirilir ki, 5 mərtəbəli binanın altıncı mərtəbəsinin artırılması bina layihəsində yoxdur və qanunsuz inşaat işi aparılıb. Məlumata görə altıncı mətbənin artırılması barədə Dövlət Şəhərsalma və Arxektura Komitəsinin rəsmi icazəsi də yoxdur. Altıncı mərtəbənin artırılmasına icazənin Abşeron rayon İcra Hakimiyyətinin verdiyi bildirilir.

Qeyd edək ki, 2025-ci ildə binanın tikintisi zamanı fəhlə yıxılaraq ölüb. Həmin hadisədən sonra tikinti bir müddət dayandırılmışdı. Bildirək ki, binlaların qanunsuz artırılması hadisəsi Abşeron rayon ərazisində ilk deyil. Son aylar sosial şəbəkələrdə bu cür artırmalar barədə xeyli sayda görüntülər yayımlanıb. /AzFakt/

Bizimesr.az-ın əldə etdiyi məlumara görə, bu bina Abşeron rayon icra başçısı Abdin Fərzəliyevin ən yaxın adamı sayılan Nurlan Həsənovun qardaşına məxsusdur. Nurlan Həsənovun qardaşı eyni əməlləri, əsasən mansard əlavələrini Nərimanov rayonunda da həyata keçirib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru