Kriminal olayın Beyləqan TŞ-nə nə aidiyyatı var?
28-06-2018, 10:10

Son vaxtlar kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün yaradılmış şəraitdən sui-istifadə hallarının artması cəmiyyəti ciddi narahat etməkdədir. Müxtəlif səviyyələrdə gedən diskussiyalarda da məlumatlar yayan KİV və jurnalist fəaliyyətindən sui-istifadə edənlərin haqqında müvafiq ölçü götürülməsi ilə bağlı təkliflər səslənir.
Bütün bunlar məsələnin hüquqi cəhətdən nizamlanması zərurətini aktuallaşdırır. Ötən ilin yayında cəbhə bölgəsində atəşkəsin pozulması zamanı da bəzi KİV-lərin, xüsusən də sosial şəbəkələrin fikir və söz azadlığının, demokratik dəyərlərin verdiyi imkanlardan səriştəsiz, məsuliyyətsiz istifadəsi dövlətin informasiya təhlükəsizliyi baxımından da medianın fəaliyyətini müzakirə predmetinə çevirmişdi. Göründüyü kimi, bəzi media orqanlarının qeyri-peşəkarlığı, söz azadlığından sui-istifadə etməsi bu sahənin hüquqi tənzimlənməsinə yenidən baxılmasını labüd edir. Məlum olur ki, liberallığı ilə digər qanunvericilik aktlarından fərqlənən “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu zamanın və bugünkü reallıqların tələbindən geri qalmaqla, media– dövlət – cəmiyyət arasında münasibətləri dolğun və digər normativ hüquqi aktlarla əlaqəli şəkildə tənzimləmir. Bu baxımdan milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısının alınması, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi, şəxsiyyətin nüfuzunun qorunması, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısının alınması, ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün söz azadlığı hüququna məhdudiyyətlərin dairəsinin, şərtlərinin, məsuliyyətinin və s. müəyyənləşdirilməsi ilə yanaşı, fövqəladə hallar zamanı qoyula biləcək məhdudiyyətləri də dəqiq və dürüst müəyyənləşdirən, çevik praktiki tətbiq mexanizmləri olan “İfadə etmək (ekspresion) və söz azadlığı hüququ haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi məqsədəmüvafiq olar. Sözsüz ki, demokratik cəmiyyətlərin hərtərəfli inkişafı üçün zəruri olan əsas prinsiplərdən biri də fikir və söz azadlığının təmin olunmasıdır."İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 10-cu maddəsində qeyd olunur ki, hər kəs öz fikirlərini ifadə etmək azadlığı hüququna malikdir. Eyni ilə 1966-cı il Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 19-cu maddəsində də təsbit edilir ki, hər bir insan şəxsi fikri olmaq hüququna malikdir. Hər bir insanın öz fikrini sərbəst ifadə etmək hüququ var.
Demokratik hüquqi dövlət olan Azərbaycan Respublikası da cəmiyyətin hərtərəfli inkişafı üçün əsas prinsiplərdən biri olan fikir və söz azadlığını təmin edib. Belə ki, bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində təsbit olunub. Eyni zamanda, konstitusiyanın 46-cı maddəsində hər kəsin şərəf və ləyaqətinin müdafiəsinə dövlət təminatı verilmişdir. Lakin nəzərə alınmalıdır ki, fikir və söz azadlığı hüququ həyata keçirilərkən bu hüquqdan qərəzli sui-istifadə hallarına yol verilməməli, şərəf və ləyaqətin müdafiəsi hüququna riayət olunmaqla, hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır.
Azerinfo.az xəbər verir ki, hazırda mütanasiblik əksər hallarda pozulur. İş adamları, vəzifə sahiblərinə qarşı qərəzli yazılar günü-gündən artır.
Bir nümunə göstərək.
Beyləqanda 16 yaşlı, həddi-buluğa çatmayan məktəbli N.X. iki uşaq atası Qubadov İlkin Qubad oğlu tərəfindən qaçırılaraq zorlanıb.
Azyaşlının atası Əvəz Nəcəfov bakunews.az-a bildirib ki, qızı N.X 10-cu sinifdə oxuyur. Ən böyük arzusu 11-ci sinifi bitirib gələn il ali məktəbə qəbul olmaq idi.
İyunun 11-də repititor yanına getmək məqsədilə evdən çıxan qızı, Beyləqanda əlil və şəhid ailələri üçün tikilmiş binanın yanından keçərkən hənirtiyə çevrilib baxır.
Bu zaman qarşısında İlkin Qubadovu görür. Beyləqanda böyük biznes şəbəkələri və fermaları olan İlkin bir neçə gün öncə qızının qarşısını kəsərək onu sevdiyini deyib.
Qızı İlkinin bu hərəkətlərinə görə onu şiddətlə qınayıb. Bu zaman İlkin qızına kimsəyə bir söz deməməyi tapşırıb.
“Məndən və anasından utanan övladım bu hadisə haqqında bizə də danışmayıb. İyunun 11-də İlkin yenidən qızıma yaxınlaşıb və iyrənc təklifini təkrar edib.
Qızım onu sərt sözlərlə rədd etdikdə isə o bir az kənarda dayanmış ağ rəngli “VAZ-2107” markalı avtomobilə işarə verib.
Kriminal olayın Beyləqan TŞ-nə nə aidiyyatı var?
Həmin avtomobilin sahibi İlkinin yaxın qohumu Süleymanov Elşən Allahyar oğlu avtomobili onların yanına sürür.
Fiziki görkəmcə cılız olan qızımı zorla maşına əyləşdirirlər. Sonradan qızımın söylədiyinə görə avtomobilin yan şüşələri də tamamilə pərdə ilə örtülü olub.
Bu da onu göstərir ki, hadisə əvvəlcədən planlaşdırılıb. İlkin qohumunun avtomobilini özlərinə məxsus fermaya sürdürür”,-deyə azyaşlının atası qeyd edib.
Bu xəbərdən görünür ki, bu sırf cinayət işidir. Ancaq bəzi saytlar yazır ki, guya texnologiya dövründə məktəbli qaçırılmamalıdır, təhsil şöbəsi hara baxır və sair.
Həzarat, təhsil şöbəsi polis orqanıdır, ya nəzarət orqanıdır ki, minlərlə şağird və tələbəni 24 saat qorusun. Zorlama yaxud diğər ağır cinayətlərdən dünyanın heç bir ölkəsində məktəblilər sığortalanmayıb.
ABŞ kimi supergüc olan bir ölkədə il ərzində neçə məktəblərdə qətllər olub. Özü də kütləvi.
Beyləqanda məktəbli qızın zorlanmasında təhsil şöbəsinin nəı günahı var, bu nə absurd fikirlərdir?
Bu olayın yanına başqa bir yalanı da qatırlar ki, Xuraman Rüstəmovanın polis oğlu guya adam bıçaqlamışdı və sair. Axı bu xəbər təsdiqini tapmadı, yalan olduğu bilindi. Daxili İşlər Nazirliyi belə bir şey olsa çoxdan o polisi işdən qovmuşdu. Bu sistemdə heç kimə güzəşt olmur. Bunu bildiyiniz halda yenə yalan tirajlamaq sadəcə ayıbdır.

