Biləsuvarın ağası istirahətinə tədarük görür... - Sakinlər isə narazıdır

28-06-2018, 11:52           
Biləsuvarın ağası istirahətinə tədarük görür... - Sakinlər isə narazıdır
Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev istirahət etmək fikrinə düşüb. Bunu DİA.AZ-a yazan rayon sakinləri bildirirlər. Təbii ki, burada qeyri-adi nəsə yoxdur. Hamı ki, hər bir məmurun da haqqıdır ki, bu isti havalarda 1 illik yorğunluğunu çıxarda biləcək istirahət planı cızsın. Amma görünəni odur ki, Mahir Quliyevin dincəlmə istəyi biləsuvarlıların heç də ürəyincə deyil.

Narazı sakinlər dia.az-a yazırlar: "Mahir Quliyevin sanki ilboyu bizə etdikləri, dövlətdən və Biləsuvar camaatında taladıqları azmış kimi, indi də istirahətinə pul yığdırır. Adamları rayondakı bütün idarə müdirlərinə və iş adamlarına "başçının istirahət pulu" tələbini çatdırıblar. Belə də iş olar? Dərdimizi kimə deyək, bilmirik. Şünki başçıdan Bakıya yazdığımız bütün şikayətlər elə başçının özünə qaytarılır".

Sakinlər müraciətlərini belə bitirirlər: "Biz dia.az vasitəsilə cənab Prezidentə müraciət edirik. Hörmətli, cənab Prezident! Xahiş edirik, Mahir Quliyevi vəzifəsindən azad edib, birdəfəlik istirahətə yollayın ki, canımız qurtarsın".

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru