“ONA yeni brenddir, heç bir başqa qurumun davamçısı deyil” - Vüsalə Mahirqızı

18-02-2019, 18:04           
“ONA yeni brenddir, heç bir başqa qurumun davamçısı deyil” - Vüsalə Mahirqızı
"Biz yeni agentlik təsis etmişik, tamamilə yeni ad, yeni nəfəslə işə başlamaq istəyirik. Yeni agentlik Online News Agency (ONA) adlanır".

Bunu Real-a açıqlamasında agentliyin təsisçisi Vüsalə Mahirqızı deyib.

V. Mahirqızı bildirib ki, ONA yeni brenddir: "Bu qurum heç bir başqa qurumun davamçısı deyil. Tamamilə yeni media strukturu, yeni kollektivi, yeni və müasir xəbər xətti olacaq qurumdan söhbət gedir. Yeni media qurumunun yaranmasına sevinən bütün həmkarlarıma təşəkkür edirəm, amma başqa interpretasiyalara ehtiyac olmadığını düşünürəm. ONA tamamilə yeni brend olacaq və öz dəsti xəttini ortaya qoymağa çalışacaq. Heç bir keçmiş media orqanını təkrarlamayacağıq".

V.Mahirqızı bildirib ki, yeni agentliyin tezliklə fəaliyyətə başlaması gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru