“Üç günə mümkün deyil”

6-10-2025, 15:14           
“Üç günə mümkün deyil”
“HƏMAS-ın Qəzza bu məsələsində nə qədər ciddi olduğunu tezliklə anlayacağıq”.

“Qafqazinfo” xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio “NBC News”un “Mətbuatla tanış” proqramında deyib.

Dövlət katibi Qəzzada müharibənin hələ bitmədiyini, lakin həm İsrailin, həm də HƏMAS-ın ABŞ Prezidenti Donald Trampın Qəzza planının bəzi hissələrini prinsipcə qəbul etdiyini bildirib:

“Girovların azad edilməsi ilə bağlı texniki danışıqların gedişi bunu göstərəcək. Müharibənin ikinci mərhələsi olan HƏMAS döyüşçülərinin tərksilahı və qruplaşmanın özünü buraxmasına keçid çətin olacaq”.

Girovların bu həftə azad edilib-edilməyəcəyi ilə bağlı suala Rubio belə cavab verib:

“Onların ən qısa zamanda azad edilməsini istəyirik. Qəzzada azad idarəçiliyin qurulması üç günə mümkün deyil”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru