Polad bəy Bodrumun romantik axşamları gözəldir, ama arada fürsət tapıb seçicilərinizin dərdinə də bir əlac qılın.

Bu gün, 00:00           
Polad bəy Bodrumun romantik axşamları gözəldir, ama arada fürsət tapıb seçicilərinizin dərdinə də bir əlac qılın.
81 yaşında subaylığın daşını atıb, Şuşa festivalından dərhal sonra təzə gəlinlə Bodrum sahillərinə bal ayına tələsən Polad müəllimə eşq olsun!
"Ağsaqqalın sözü – qızıl, amma könlü düşəndə cavandan da dəliqanlı olur" deyiblər. Bu yaşda bu cür romantika, bu cür bəy həvəsi doğrudan da hər kişiyə nəsib olmur.
Amma möhtərəm deputatımıza bal ayının şirinliyində bir balaca atalar sözünü də xatırlatmasaq olmaz: "Gəlin oynaya bilmir, deyir yerim dardır; deputat işləyə bilmir, deyir Bodrum səfalıdır!"
Bəy ağa, başınız yeni xanıma, Bodrumun dəniz havasına və ləpələrin pıltısına elə bərk qarışmasın ki, səsini alıb Milli Məclisə getdiyiniz rayonun sakinləri yaddan çıxsın.
Deyirlər, "Özgənin toyunda halay çəkincə, öz elinin vayına yetiş." Bodrumun romantik axşamları gözəldir, ama arada fürsət tapıb seçicilərinizin dərdinə də bir əlac qılın.
Yoxsa camaatın problemi aşıb, sizin isə fikriniz-zikriniz təzə gəlinin nazındadır!
Sima Babayeva












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]