Aİ Rusiya kriptovalyutasına qarşı yeni sanksiyalar tətbiq edə bilər

7-10-2025, 15:44           
Aİ Rusiya kriptovalyutasına qarşı yeni sanksiyalar tətbiq edə bilər
Avropa İttifaqı səlahiyyətliləri rublla dəstəklənən A7A5 stabilkoininə qarşı yeni sanksiyalar tətbiq etməyi düşünür .

Teleqraf xəbər verir ki, potensial məhdudiyyətlər Aİ hüquqi şəxslərinin tokenlə bağlı əməliyyatlarda iştirakına təsir göstərəcək. Həmçinin qeyd edilir ki, Aİ bu kriptovalyuta ilə bağlı əməliyyatlara görə Rusiya, Belarus və Mərkəzi Asiya ölkələrinin bir neçə bankına sanksiya tətbiq etmək niyyətindədir.

Brüssel avropalıların token əməliyyatlarında hər hansı birbaşa və ya dolayı iştirakını qadağan etmək istəyir.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Rusiya Avropa İttifaqının (Aİ) son sanksiyalarına əvvəlkilər kimi cavab verməlidir. Kreml sözçüsü qeyd edib ki, Rusiya iqtisadiyyatı nəinki sanksiyalara uyğunlaşıb, hətta onlardan faydalanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru