"Ya döyüşə gedin, ya da 25 illik deportasiya..." - Rusiyada azərbaycanlılar 3 gündür ac-susuz saxlanılır + VİDEO

9-10-2025, 00:04           
"Ya döyüşə gedin, ya da 25 illik deportasiya..." - Rusiyada azərbaycanlılar 3 gündür ac-susuz saxlanılır + VİDEO
6 oktyabr 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Hava Limanından Rusiya Federasiyasına yollana 3 nəfər Azərbaycan Respublikası vətəndaşı Zukovski Hava Limanında heç bir əsas olmadan saxlanılaraq, nəzarət məntəqəsinə aparılıblar.

TEREF xəbər verir ki, bu barədə saxlanılan vətəndaşlardan birinin sosial şəbəkələrdə müraciəti yayılıb.

Saxlanılan şəxsin məlumatına görə, onlar artıq 3 sutkadır ki, ac-susuz və şəraitsiz vəziyyətdə saxlanılır. O, bildirir ki, vətəndaşların mobil telefonları əlindən alınıb və onların icazəsi olmadan şəxsi məlumatları, o cümlədən "WhatsApp" və digər sosial şəbəkə hesabları yoxlanılıb.

Zərərçəkən bildirir ki, rusiyalı nəzarətçilər onların şəxsi əlaqə nömrələrini silir və ya Rusiya Federasiyası tərəfindən döyüşlərdə iştirak etməyə razılıq vermələrini, ya da 25 illik deportasiya qərarını qəbul etmələrini tələb edirlər. Deportasiya qərarının nə vaxt icra olunacağı barədə isə dəqiq məlumat verilmir, təxminən 15–20 gün çəkəcəyi söylənilir.

Vətəndaşlar Azərbaycan hökumətindən onların vəziyyətinə müdaxilə edib, tezliklə vətənə qaytarılmalarını təmin etməsini xahiş edirlər.

"AzPolitika.info"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru