Tramp bu il Nobel almasa, rəsmən infarkt keçirəcək - RƏY

9-10-2025, 11:18           
Tramp bu il Nobel almasa, rəsmən infarkt keçirəcək - RƏY
“Qocaman münsiflər imkan verməyəcəklər"

Norveç Nobel Komitəsi bir qayda olaraq hər il oktyabr ayının 10-da Nobel sülh mükafatı təqdim edir. Bu mükafata namizədləri parlament üzvləri, dövlət başçıları, beynəlxalq təşkilat rəhbərləri və bəzi akademik qurumlar irəli sürür. 2025-ci ildə Nobel sülh mükafatına əsas namizədlərdən biri ABŞ Prezidenti Donald Trampdır. Tramp əvvəllər də Nobel mükafatına namizəd olub, lakin ala bilməyib. Avropa nəşrləri Trampın bu il Nobel mükafatı alacağı ehtimalının az olduğunu deyirlər. Nobel Mükafatını uzun müddət müşahidə edənlər Trampın perspektivlərinin qeyri-mümkün olduğunu düşünürlər. Onlar Trampın qlobal təşkilatlara açıq-aşkar etinasızlığını və iqlim dəyişikliyini rədd etdiyini vurğulayırlar. Ötən ay "The Daily Caller" nəşrinə müsahibəsində Tramp Nobel Sülh Mükafatını qazanmağı xəyal etmədiyini demişdi. Bununla belə, Ağ Ev rəhbəri onunla ədalətli davranılmasını istəyib. Tramp artıq yeddi müharibəni, o cümlədən Hindistan-Pakistan arasında olan müharibəni dayandırdığını iddia edib.

Araşdırmaçı-jurnalist Bəybala Mirzəyev "Sherg.az"a deyib ki, artıq digər sahələr üzrə Nobelə layiq görülən alimlərin adları açıqlanıb. Ekspertə görə, dünyada olduğu kimi Azərbaycanda da insanları ilk növbədə məhz Ədəbiyyat üzrə Nobel ödülünə və Nobel Sülh mükafatına kimlərin layiq görüləcəyi maraqlandırır:

"Nobel Sülh mükafatına iddialıların arasında isə ilk növbədə Donald Trampın adı çəkilir. Tramp bu mükafatı almaq üçün dəridən-qabıqdan çıxır. Zənnimcə, Tramp bu il Nobel almasa, rəsmən infarkt keçirəcək. Ancaq Nobel Komitəsindəki qocaman münsiflər çox güman ki, Trampın bu arzusunun həyata keçməsinə imkan verməyəcəklər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru