Putinin qeyri-rəsmi həyat yoldaşı Azərbaycana təşəkkür etdi - BUNA GÖRƏ...

9-10-2025, 11:36           
Putinin qeyri-rəsmi həyat yoldaşı Azərbaycana təşəkkür etdi - BUNA GÖRƏ...
2004-cü ilin bədii gimnastika üzrə olimpiya çempionu, “Heavenly Grace” Beynəlxalq Assosiasiyasının prezidenti Alina Kabayeva Azərbaycanda keçirilən III MDB Oyunlarının təşkilatçılarına minnətdarlığını bildirib.
AzVision.az xəbər verir ki, Alina Kabayeva Azərbaycanda III MDB Oyunlarında bədii gimnastika yarışının başa çatması münasibətilə hər kəsi təbrik edib.

“Təşkilatçılara peşəkarlıqlarına və diqqətli yanaşmalarına, həmçinin müxtəlif ölkələrdən olan gimnastlara “Heavenly Grace” Beynəlxalq Assosiasiyası uğrunda yarışmaq imkanı verdiyinə görə təşəkkür edirik! Bunun sayəsində daha çox idmançı öz bacarıqlarını nümayiş etdirə bildi.
İştirakçıları uğurlu çıxışlarına görə təbrik edirik! Hər çıxış unudulmazdı. Gimnastlara öz məşqlərini hazırlamağa və turnirə əla formada gəlməyə kömək edən bütün məşqçilərə, xoreoqraflara və mütəxəssislərə təşəkkür edirik!

Hakimlərə peşəkarlığına və qərəzsizliyinə görə təşəkkür edirəm. Turnirə verdiyiniz töhfə əvəzsizdir.

Biz birlikdə bədii gimnastikanın inkişafı üzərində işləməyə davam edəcəyik ki, dünyada getdikcə daha çox gənc istedadlar şans qazansınlar!”, - Kabayeva sosial şəbəkələrdəki paylaşımında vurğulayıb.

Rusiya gimnastları MDB Oyunlarında doqquz qızıl medalın hamısını qazanıblar. Onlardan ikisi “Heavenly Grace” Assosiyasının gimnastı Yeva Çevtayevayanın payına düşüb. Azərbaycan gimnastları səkkiz medal qazanıblar: dörd gümüş və dörd bürünc.

Xatırladaq ki, oktyabrın 8-də Gəncə şəhər stadionunda III MDB Oyunlarının bağlanış mərasimi keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru