Kreml Lavrovun müavininin Alyaska razılaşmaları barədə bəyanatını təkzib edib

10-10-2025, 10:44           
Kreml Lavrovun müavininin Alyaska razılaşmaları barədə bəyanatını təkzib edib
Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov xarici işlər nazirinin müavini Sergey Ryabkovun Putin və Trampın Alyaska razılaşmalarının artıq “tükəndiyi” barədə bəyanatını birbaşa təkzib edib.
APA xəbər verir ki, Uşakov Putin və Tramp administrasiyasının nümayəndələri arasında təmasların davam etdiyibi söyləyib.

"Ankoricin impulsunun tükəndiyi barədə iddialar kökündən yanlışdır. Alyaskada əldə olunan razılaşmalar sülhdə maraqlı olmayan avropalılar və Kiyev tərəfindən bəyənilmir", - Putinin köməkçisi vurğulayıb.

Qeyd edək ki, Ryabkov Alyaska görüşündən sonra Rusiya ilə ABŞ arasında Ukrayna nizamlanması ilə bağlı yaranan impulsun artıq tükəndiyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru