Putindən Ukraynaya “Tomaqawk” raketlərinin verilməsinə reaksiya

11-10-2025, 08:14           
Putindən Ukraynaya “Tomaqawk” raketlərinin verilməsinə reaksiya
“Bizim cavabımız Rusiya Federasiyasının hava hücumundan müdafiə sistemini gücləndirməkdir”

“Rusiyanın Ukraynaya uzaqmənzilli “Tomaqawk” raketlərinin təhvil verilməsinə cavabı hava hücumundan müdafiəni gücləndirmək olacaq”. AYNA.AZ TASS-a istinadən bildirir ki, bu sözləri Rusiya Prezidenti Vladimir deyib.

“Bizim cavabımız Rusiya Federasiyasının hava hücumundan müdafiə sistemini gücləndirməkdir”, - dövlət başçısı bildirib.

Bundan əvvəl “The Washington Post” yazıb ki, “Tomaqawk” raketlərinin Kiyevə mümkün təhvil verilməsi ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsi ilə bağlı siyasətində “əhəmiyyətli dəyişikliyə səbəb olacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru