Misir-Qəzza zolağı sərhədindəki Rəfah keçid məntəqəsi oktyabrın 14-də açılacaq

12-10-2025, 11:34           
Misir-Qəzza zolağı sərhədindəki Rəfah keçid məntəqəsi oktyabrın 14-də açılacaq
Qəzza-Misir sərhədindəki Rəfah sərhəd-keçid məntəqəsi oktyabrın 14-də açılacaq.

APA xəbər verir ki, bu barədə “əl-Ərəbiyyə” telekanalı misirli mənbəyə istinadən məlumat verib.

Məlumata görə, sərhəd-keçid məntəqəsi hər iki istiqamətdə fəaliyyət göstərəcək və yaralı fələstinlilərin, eləcə də tibbi yardıma ehtiyacı olan ağır xəstələrin müalicə üçün Misir xəstəxanalarına təxliyə edilməsinə şərait yaradacaq.

Qəzzaya qayıtmaq istəyənlər də buradan istifadə edə biləcəklər.

Lakin humanitar yardım aparan yük avtomobilləri keçiddən buraxılmayacaq. Çünki məntəqə yalnız fərdi şəxslər üçün nəzərdə tutulub.

Qəzza zolağının əhalisinə yardım Kerem Şalom sərhəd keçid məntəqəsi vasitəsilə çatdırılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru