Paşinyan Misirdə keçiriləcək Yaxın Şərq Sülh Sammitində iştirak edəcək
13-10-2025, 09:44
Ermənistanın baş naziri Nikol Paşinyan Yaxın Şərq Sülh Sammitində iştirak edəcək.
TEREF Report-a istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan məlumat verib.
Onun sözlərinə görə, Paşinyan oktyabrın 13-də Misirə işgüzar səfərə gedəcək, burada ABŞ və Misir prezidentlərinin dəvəti ilə Şarm əl-Şeyxdə keçiriləcək sammitdə iştirak edəcək.