"Qüdrət müəllim telefon zənglərimi bloka atıb" - Deputat partiyadan çıxarılıb

13-10-2025, 16:58           
"Qüdrət müəllim telefon zənglərimi bloka atıb" - Deputat partiyadan çıxarılıb
Milli Məclisin deputatı Elçin Mirzəbəyli üzvü olduğu Ədalət, Hüquq, Demokratiya Partiyasından (ƏHD Partiyası) xaric edilib.
TEREF Modern.az-a istinadən xəbər verir ki, Elçin Mirzəbəyli məsələ ilə bağlı açıqlma verib.
Deputat bildirib ki, o, partiyadan xaric edilməsi ilə bağlı müraciət etməyib:
“Mən partiyadan öz xoşumla çıxmamışam. Bununla bağlı müraciət də etməmişəm. Partiyanın İdarə Heyəti qərar verib. Ayın 29-da partiya sədrinin müavinliyindən azad olunmuşdum, ondan da xəbərim yox idi. Çünki bir neçə gün öncə Qüdrət müəllim (ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev-red.) mənim telefon zənglərimi bloka atmışdı. Əlaqə saxlamaq imkanım olmamışdı. Sonra görüşəndə mənə dedi ki, şəxsi münasibətlərdə heç bir problem yoxdur, siyasi baxışlarımız üst-üstə düşmür. Mənim son 20 ildəki siyasi baxışlarım isə dəyişməyib, eyni işlə məşğul olmuşam. Mən dedim ki, hörmətlə yanaşıram. Bu gün də siz dediyiniz xəbəri mətbuatdan oxumuşam".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru