Tramp: "Ərdoğan Ukrayna böhranının həllinə kömək edə bilər"

14-10-2025, 16:18           
Tramp: "Ərdoğan Ukrayna böhranının həllinə kömək edə bilər"
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna böhranının həllinə kömək edə bilər".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Şarm əl-Şeyxdən Vaşinqtona uçan təyyarəsində jurnalistlərə açıqlamasında deyib.

Media nümayəndələri Ağ Evdən türk siyasətçinin böhranın həllinə kömək edə biləcəyini soruşublar.

"Rusiyada ona hörmət edirlər, mən Ukrayna haqqında danışa bilmərəm. Lakin (Rusiya Prezidenti Vladimir) Putin ona hörmət edir və o, mənim dostumdur", - Tramp deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru