Tramp və Makron gərginliyi: "Siz indi görəcəksiniz"

15-10-2025, 09:14           
Tramp və Makron gərginliyi: "Siz indi görəcəksiniz"
Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitində ABŞ Prezidenti Donald Tramp ilə fransalı həmkarı Emmanuel Makron arasındakı salamlaşma zamanı maraqlı dialoq yaşanıb.

Bu barədə “The Daily Mail” məlumat yayıb.

Dodaqdan oxuma üzrə ekspert Nikola Hiklinq bildirib ki, Tramp Makronu hədələyib: “Mən yalnız başqalarına zərər verənlərə zərər verirəm”, – deyə Tramp bildirib.

“Gəlin bunu bağlı qapılar arxasında həll edək”, – Makron təklif edib.

Daha sonra Makron Trampa “Siz özünüz görəcəksiniz, indi nə olacaq” deyə xəbərdarlıq edib.

“Mən sənin bunu etdiyini görmək istərdim. Bir azdan görüşərik”, – Tramp cavab verib.

Jurnalist Nik Sottor isə Misirdə keçirilən sammitdə Makronun Trampdan ciddi şəkildə qorxduğunu bildirib.

Liderlərin salamlaşması təxminən yarım dəqiqə (26 saniyə – red.) çəkib. Bu müddət ərzində liderlər əl sıxışıblar və dünya mediasında bu durum tərəflərin üstünlük nümayiş etdirmək cəhdləri kimi təqdim edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru