Vuçiç: Avropa İttifaqına üzvlük Serbiyanın strateji məqsədidir

16-10-2025, 15:14           
Vuçiç: Avropa İttifaqına üzvlük Serbiyanın strateji məqsədidir
Avropa İttifaqına üzvlük Serbiya üçün strateji öhdəlik və xarici siyasət prioritetidir.

AZƏRTAC xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda səfərdə olan Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə birgə mətbuat konfransında deyib.

O, ölkədə tənzimləyici qurum və seçici siyahıları ilə bağlı görülən işlərin Aİ tərəfindən müsbət qiymətləndiriləcəyinə ümidvar olduğunu bildirib.

Ursula Fon der Lyayen isə Serbiyanın Avropa İttifaqına arxalana biləcəyini qeyd edib.

“Serbiya Aİ-yə daxil olmaq seçimini etdi və biz ölkənin öz yolu ilə ikiqat sürətlə irəliləyəcəyini gözləyirik. Nümunə olaraq, 2022-ci ildəki enerji böhranını götürün, bunun kəskin təsiri oldu və biz bununla məşğul olduq. Siz bizə arxalana bilərsiniz. Serbiyanı Aİ-nin qaz tədarükü mexanizminə qoşulmağa dəvət etmişik”, - deyə Avrokomissiyanın Prezidenti vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru