Ermənistan və ABŞ müdafiə sahəsində tərəfdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını təsdiqləyiblər
16-10-2025, 17:14
Ermənistan və ABŞ müdafiə sahəsində tərəfdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını təsdiqləyiblər. Bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyanla Pentaqon rəhbərinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi ilə keçirilən görüşdən sonra bildirilib.
Görüş zamanı müdafiə sahəsində Ermənistan-ABŞ əməkdaşlığının hazırkı vəziyyəti və uzunmüddətli institusional proqramların başlanması ilə bağlı məsələlər müzakirə olunub.
Həmsöhbətlər regionda sabit və uzunmüddətli təhlükəsizliyin bərqərar olunmasında ABŞ-nin mühüm rolunu vurğulayaraq, müdafiə sahəsində tərəfdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını təsdiqləyiblər.
Onlar hərbi təhsil və müdafiə islahatları sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı bir sıra məsələlərə də toxunublar.