ABŞ Aİ-nin Rusiya aktivlərindən Ukraynaya kömək etmək üçün istifadə planını dəstəkləmir

21-10-2025, 15:24           
ABŞ Aİ-nin Rusiya aktivlərindən Ukraynaya kömək etmək üçün istifadə planını dəstəkləmir
Amerika Birləşmiş Ştatları hazırda Ukraynaya dəstək üçün Rusiyanın dondurulmuş aktivlərinin istifadəsini genişləndirmək üzrə Avropa İttifaqının planına qoşulmağa isti baxmır.
APA xəbər verir ki, bu barədə “Bloomberg“ mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ rəsmiləri ötən həftə BVF-nin Vaşinqtonda keçirilən iclası ərəfəsində avropalı həmkarlarına hələlik bu təşəbbüsə qoşulmayacaqları ilə bağlı məlumat verib.

Başqa bir mənbə isə ABŞ-ın mövqeyini sadəcə olaraq indiki mərhələdə qeyri-müəyyən kimi xarakterizə etsə də, onun istəksizliyinin səbəbi kimi bazar sabitliyinə dair riskləri göstərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru