ABŞ Prezidenti Donald Tramp etirazçıların öldürüləcəyi təqdirdə İrana çox güclü zərbə endirəcəklərini bildirib.
Tramp bu sözləri "The Hugh Hewitt Show" radio proqramına müsahibədə deyib.
O qeyd edib ki, Vaşinqton İranda baş verənləri diqqətlə izləyir. Trampın sözlərinə görə, etiraz aksiyalarının bir neçə iştirakçısı hüquq-mühafizə orqanlarının asayişi təmin etməkdə yaşadığı problemlər səbəbindən həlak olub.
"İran hakimiyyətinin vəziyyəti çox pisdir. Mən onlara açıq şəkildə bildirdim ki, əgər insanlar öldürülməyə başlansa - onlar adətən iğtişaşlar zamanı bunu edirlər, çünki onlarda tez-tez iğtişaşlar olur - əgər bunu etsələr, biz onlara qarşı çox güclü zərbə endirəcəyik", - deyə Tramp vurğulayıb.