ABŞ ağır zərbə vurdu, Rusiya səssiz qaldı: 3 regiona nəzarət planı aktivləşir

11-01-2026, 09:44           
ABŞ ağır zərbə vurdu, Rusiya səssiz qaldı:
“Wall Street Journal” ABŞ-ın Rusiyanın “kölgə donanması”na məxsus “Olina” neft tankerini ələ keçirdiyinə dair məlumat yayıb.

Nəşr yazır ki, ABŞ Sahil Mühafizə Xidmətinin hərbçiləri artıq tankerin göyərtəsinə qalxıblar. Əvvəlki adı “Minerva M” olan tanker Rusiya neftini daşıdığı üçün daha öncə ABŞ sanksiyalarına məruz qalıb.

Bununla belə, Kremlin məsələyə adekvat reaksiya verməməsi diqqət çəkir. Ekspertlər iddia edir ki, əslində ABŞ ilə Rusiya arasında bu məsələdə gizli razılaşma mövcuddur.

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, Vaşinqton-Moskva münasibətlərində qarşılıqlı anlaşmanın əlamətləri görünür:

“Hətta Prezident Donald Tramp administrasiyası Ukraynanın gələcək taleyini birbaşa Rusiya ilə müzakirə edir. Ukrayna ilə bağlı məsələlər isə ya məhdud, ya da nisbi xarakter daşıyır. ABŞ Avropanı da prosesdən kənarda saxlayır, halbuki bu məsələ sözügedən regionda cərəyan edir. Ağ Ev lideri işin arxasında sadəcə ölkəsinin maraqlarını güdür. Ona görə də Rusiya ilə münasibətləri tənzimləməyə çalışır. ABŞ-ın məqsədi Cənubi Qafqaz, Yaxın Şərq və Latın Amerikası kimi regionlarda maraqlara təsir etməkdir. Venesueladakı hadisələr buna misaldır.

Eyni zamanda, tanker krizi sadəcə teatr tamaşası deyil. Bu, Rusiyanın “kölgə” iqtisadiyyatına ciddi zərbədir. ABŞ yaxşı bilir ki, bu tankerlər Rusiyanın qaçaq neftini daşıyır və beləliklə, yalnız onun beynəlxalq nüfuzuna deyil, eyni zamanda ölkənin iqtisadiyyatına da ciddi təsir göstərir.”

Turan Rzayev
Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru