Marko Rubio Kuba prezidenti ola bilər...

12-01-2026, 09:38           
Marko Rubio Kuba prezidenti ola bilər...
"KUBA ÜÇÜN ARTIQ NEFT VƏ PUL YOXDUR" - deyə, Donald Tramp bəyan edib.
ABŞ prezidenti Kuba hakimiyyətini "nə qədər ki, gec deyil" razılaşma əldə etməyə çağırıb: "Uzun illər Kuba Venesueladan külli miqdarda neft və pulla dolanırdı. Bunun müqabilində Kuba son iki Venesuela diktatoruna "təhlükəsizlik xidmətləri" göstərdi - lakin artıq belə deyil. Bu kubalıların əksəriyyəti ABŞ-ın zərbəsi nəticəsində öldü və Venesuelanın artıq ölkəni illərdir girov saxlayan quldurlardan və şantajçılardan "müdafiəyə" ehtiyacı yoxdur. İndi Venesuelanı müdafiə etmək üçün dünyanın ən güclü ordusu olan Amerika Birləşmiş Ştatları var. Və biz onu müdafiə edəcəyik".
Tramp həmçinin, Rubionun Kubanın prezidenti olmasının əla fikir olacağını bildirib.
Dadash Ahmadli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru