“12 günlük müharibə” yanlış idi: Ağır zərbə indi endiriləcək!

12-01-2026, 15:24           
“12 günlük müharibə” yanlış idi: Ağır zərbə indi endiriləcək!
ABŞ və İsrailin yaxın vaxtlarda İrana hərbi zərbə endirəcəkləri ehtimalı çox yüksəkdir. Hazırda İranda gprdüyümüz aksiyalar əslində 6 ay gecikib. Bu etirazlar iyunda başlamalı idi, onda "12 günlük müharibə" tamam başqa cür qurtaracaqdı. Amma o zaman ABŞ və İsrail nəyisə düz hesablamadılar, xarici zərbələr daxili etiraz dalğası ilə tamamlanmadı. Nəticədə Amerika tələm-tələsik bir zərbə endirib, "pauza" düyməsinə basdı.
Bakupost.az xəbər verir ki, bu sözləri jurnalist Vüsal Məmmədov qeyd edib.
“O, “stop” yox, məhz pauza idi. Çünki heç nə həllini tapmamış, hər şey yarımçıq qalmışdı. İranın daxilindəki işlərini daha yaxşı qurmaq, nefti bir az da ucuzlaşdırmaqla sosial vəziyyəti pisləşdirmək üçün əlavə zaman tələb olunurdu.
6 ay kifayət etdi. İndi pauzaya qoyulmuş müharibənin "start" düyməsini yenidən basmaq olar və böyük ehtimalla, basılacaq da!” - o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru